Braziliyada COVID-19 peyvəndi məcburi ola bilər

Braziliyada COVID-19 peyvəndi məcburi ola bilər
  18 Dekabr 2020    Oxunub:1078
Braziliyada Ali Federal Məhkəmə yeni növ koronavirus infeksiyasına qarşı peyvəndin vurulması ilə bağlı qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə “Folha de S.Paulo” nəşri məlumat yayıb. Qərarda deyilir ki, müvafiq qanunlar qəbul edilərsə, müəyyən səlahiyyətli şəxslər peyvənddən imtina edən vətəndaşlara qarşı məhdudiyyətlər tətbiq edəcək.

Lakin bəzi hakimlər hesab edir ki, insanları peyvənd olunmasına məcbur etmək konstitusiyanın kobud şəkildə pozulmasıdır.

Xatırladaq ki, hökumət milli sanitar tənzimləyici Anvisa tərəfindən təsdiqlənəcək peyvəndlərdən istifadə edərək, 2021-ci ildə ölkənin bütün əhalisini koronavirusa qarşı peyvənd etməyi planlaşdırır.

Braziliyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 7 milyonu ötüb. Müalicə alan 184 mindən çox pasiyent isə dünyasını dəyişib.

Azvision.az


Teqlər: Vkasin   Braziliya  





Xəbər lenti