Dünyada koronavirusa yoluxma kəskin artır

 Dünyada koronavirusa yoluxma kəskin artır
  18 Dekabr 2020    Oxunub:1438
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 75 milyon 282 min 798 nəfərə çatıb.

Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 668 min 356 nəfərdir.
İndiyədək 52 milyon 852 min 602 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti