“Kapital Bank” yeni nəsil ödəniş terminalları quraşdırır

“Kapital Bank” yeni nəsil ödəniş terminalları quraşdırır
  17 Dekabr 2020    Oxunub:2137
Müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən “Kapital Bank” əhaliyə daha bir yeniliyi təqdim edir. Belə ki, bank hazırda ölkə üzrə yeni nəsil ödəniş terminallarının quraşdırılmasını həyata keçirir.
İndiyədək “Kapital Bank”ın ödəniş terminalları yalnız filiallar yerləşən binalarda 24/7 rejimində fəaliyyət göstərirdi. Lakin indi bank filiallarından kənar yerlərdə də yeni terminallar quraşdırılır. Ölkənin bir sıra iri marketlər şəbəkələrində artıq bu terminallar mövcuddur və quraşdırma prosesi hazırda davam edir.

Qeyd edək ki, bu terminallar funksionallıq baxımından daha geniş imkanlara malikdir. Yeni terminallarda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və “BirKart” sifarişi, kommunal, rabitə, TV, internet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, Dövlət Sosial Müdafiə Fondu, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və sair) ödənişləri, “Xəzri” pulköçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin “Azəriqaz” və “Azərsu”nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq. Bu terminalların əsas üstünlüklərindən biri də odur ki, ödənişləri həm nağd, həm də nağdsız formada həyata keçirmək olar. Nağdsız ödənişləri etmək üçün terminalın “card reader” yerindən və ya təmassız NFC funksiyasından istifadə etmək lazımdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az



Teqlər: KapitalBank  





Xəbər lenti