Bu il 1200-ə qədər şəhid ailəsinə təqaüd təyin edilib

   Bu il 1200-ə qədər şəhid ailəsinə təqaüd təyin edilib
  14 Dekabr 2020    Oxunub:1094
"Cari il ərzində 1200-ə qədər şəhid ailəsinə təqaüd təyin edilib".
Azvision.az -ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, nazirlik həmçinin şəhid ailələrinə psixoloji yardım göstərir:"Bununla yanaşı, erməni təcavüzü nəticəsində təsərrüfatına ziyan dəyən ailələrə də dəstək layihəsi həyata keçirilir. Həmin ailələrin özünü məşğulluğu ilə bağlı tədbirlər görülür".

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti