`Qarabağ danışıqları təzədən başlamalıdır` - Rusiyalı ekspert

`Qarabağ danışıqları təzədən başlamalıdır` - Rusiyalı ekspert
  11 Fevral 2014    Oxunub:1186
“Beynəlxalq münasibətlərdə `yelləncək prinsipi` mövcuddur. Əgər dünya gücləri bu gün uğur qazanırlarsa, sabah başqa güclər yelləncəyi əks istiqamətə - konfliktə doğru yönəltməyə çalışacaqlar”. Təhlükəsizlik sahəsində ekspert olan rusiyalı Vadim Kozyulin belə hesab edir.
1news.az saytına Qarabağ münaqişəsindən danışan Kozyulinin fikrincə, yanvarda biz kəfgirin geriyə yellənməsinin şahidi olduq: `Danışıqlar prosesini növbəti dəfə yenidən başlamaq lazımdır`.

Kozyulinin fikrincə, beynəlxalq vasitəçilər sülh prosesinə dinamika vermək üçün daha çox çalışmalıdırlar:

- Keçən ilin sonlarında Vyanda Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar aparıldı. Son iki ildə bu Dağlıq Qarabağ münaqişəsi ətrafındakı durğunluğa son qoymuşdu. Prezidentlərin görüşündən sonra ötən ilin sonunda və cari ilin əvvəllərində xarici İşlər nazirlərinin 2 ardıcıl görüşü keçirildi. Danışıqlar prosesində müəyyən canlanma müşahidə olunur və analitik dairələr gələcəklə bağlı optimist proqnozlar verir. Lakin yanvarın ortalarında cəbhə xəttində vəziyyət qəfildən dəyişdi. Hər iki tərəfin itki verməsi ilə nəticələnən silahlı insidentlər baş verdi. Bu isə həm rəsmi, həm də KİV səviyyəsində aqressiv ritorikanın güclənməsinə səbəb oldu.

Rusiya Siyasi Araşdırmalar Mərkəzinin eksperti 2013-cü ilin noyabrında İlham Əliyevlə Serj Sarkisyan arasında baş tutan görüşü tərəflərin razılaşa bilməsə də, danışıqlar apara bilməsi kimi dəyərləndirib.

“Pis sülh yaxşı savaşdan yaxşıdır. Görüşlər sübut etdi ki, pis sülh mümkündür”,- deyə Kozyulin bildirib. - Lakin dünya birliyinin bu görüşlərlə bağlı ümidləri cari ilin yanvarında cəbhə xəttindəki gərginliklə puça çıxdı.

Beynəlxalq vasitəçilər, Kozyulinin fikrincə, danışıqlar prosesində dinamikanı təmin etmək üçün daha çox səy göstərməlidirlər: “Qarabağ münaqişəsinin həlli nüfuzlu vasitəçilər, enerjili diplomatiya, yeni orijinal təkliflər tələb edir”.

Vadim Kozyulin 2014-cü ildə Qarabağ münaqişəsinin həlli perspektivlərinin çox az olduğunu düşünür.

“ 2014-cü ildə tərəflər snayper və silah qarşıdurmasını daha da artırıblar. Təəssüf ki, superdövlətləri və nüfuzlu qonşuların diqqəti digər problemlərə: İran, Suriya böhranı, Əfqanıstandan qoşunların çıxarılması, Talibanın dirçəlişi, dünya miqyasında terrorizmin yayılması, iqtisadi böhrana yönələcək”,- deyə Rusiya Siyasi Araşdırmalar Mərkəzinin eksperti fikrini yekunlşadırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti