Ərdoğanın müavini azərbaycanlı jurnalistdən danışdı
O bildirib ki, Mahir Zeylanovun ölkədən çıxarılması onun yaşamaq üçün icazə müddətinin bitməsi ilə bağlıdır: “Bu dostumuz azəridir, Türkiyə vətəndaşı ilə evlənib. İşləmək üçün icazə ala bilər. Həmin adam Azərbaycandan gəlib Türkiyə qəzetində işləyir. Davamlı olaraq yaşamaq üçün olan müddət uzadılıb. Bundan başqa əcnəbi jurnalist olduğuna görə icazə üçün müraciət edib. Ona bildirilib ki, 2013-cü il dekabrın 31-dən sonra onun işləməyi üçün lazım olan müddət uzadılacaq. Onun işləmək üçün icazə müddəti dekabrın 31-də bitdiyi halda təxminən 2 ay Türkiyədə yaşamağa davam edib. Ölkədən çıxanda cəzası var idi onu da ödəyib.
Bir hökuməti bu və ya digər hadisədə təqsirkar bilirsə, hökumətə yaraşmayan şeylər deyirsə, bunu öz ölkəsində öz baş naziri üçün deyə bilərdiniz? Türkiyə ilə öz ölkəsini müqayisə etməyi mümkündürsə, arzu edirəm ki, bunu da etsin. Onu paylaşdığı tvitə görə deyil, paylaşdığı tvit insanın şəxsi həyatına görə cinayət məsuliyyəti tələb edirsə, bu, hamı üçün keçərlidir”-deyə, B.Arınc əlavə edib.
Fatimə Kərimli