Rodnina qalmaqallı şəkili özü qoymadığını deyir
İrina Rodnina bildirir ki, onun tvitter səhifəsinə kənar müdaxilə olub. O bildirir ki, hələm keçən ilin payızından tvitter səhifəsi qırıldığından ABŞ prezidenti və xanımının banana baxan yerdə çəkildiyi fotokollajın səhifəsində necə qoyulduğundan xəbəri yoxdur. O prezident və ailəsinə hörmətlə yanaşdığını və rasizmin hər bir növünü dəstəkləmədiyini bildirib. “Mən Obamaya hörmət edirəm, bu şəkili və rasizmin hər bir formada dəstəkləmədiyimi daha əvvəl bildirmədiyimə görə üzr istəyirəm” deyə Rodnina ingilis dilində “tvit” yazıb.
Qeyd edək ki, bundan sonra Moskvadakı Amerika səfirliyindən də şərhlə bağlı `Tvit` açıqlama gecikməyib. Diplomatik nümayəndəliyin rəsmi tvitter səhifəsi Rodninaya müraciətdə “Tomas Cefersonun müdrik sözü var: Səbirsizlik mədəniyyətsizlikdən doğan xəstəlikdir” deyib.
Teqlər: