Azərbaycan Çinə koks ixrac edir

Azərbaycan Çinə koks ixrac edir
  08 Dekabr 2020    Oxunub:1715
SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun istehsalı olan koks artıq Çinə ixrac olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC həmin yükün Gürcüstanın Poti limanına nəqlini həyata keçirir.
MMC-dən Azvision.az -a verilən məlumata görə, koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşındıqdan sonra orada gəmilərə aşırılır və dəniz vasitəsilə təyinat ölkəsinə çatdırılır.

İlkin olaraq cari ilin noyabr-dekabr aylarında layihə üzrə 27 min ton koksun daşınması nəzərdə tutulur ki, artıq 245 vaqonla 15 min 742 ton yükün nəqli həyata keçirilib.

Qeyd edək ki, vaqon təminatı “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Express” MMC tərəfindən aparılır.

Azərbaycandan Çinə bu növ yüklərin davamlı nəqli nəzərdə tutulur.

Azvision.az


Teqlər: ADY   Çin   İxrac  





Xəbər lenti