“Ermənistanda münaqişə qaçılmazdır” - Ter-Petrosyan
Azvision.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib. Sabiq prezident Ermənistan müxalifətinin baş nazir postuna namizəd irəli sürdüyü Vazgen Manukyanın rəhbərlik etdiyi mitinqlərin ölkədə vətəndaş müharibəsi təhlükəsini artdırığını dilə gətirib.
Ter-Petrosyan, həmçinin hesab edir ki, Nikolun hazırki mövqeyi də Ermənistan üçün təhlükəlidir: "Onun ritorikası və davranışı getmək istəmədiyini, qarşıdurmaya hazır olduğunu göstərir. Paşinyan və onun komandası bu gün hakimiyyətdən imtina etməyə hazır deyil. Əgər hər iki tərəf qətiyyətli mövqedədirsə, münaqişə qaçılmazdır".
Azvision.az
Teqlər: Paşinyan Ter-Petrosyan