İranın nüvə aliminin ölümü ilə bağlı yeni iddia

  İranın nüvə aliminin ölümü ilə bağlı yeni iddia
  06 Dekabr 2020    Oxunub:1667
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nüvə sahəsi üzrə alim, Müdafiə Nazirliyi nəzdində Araşdırmalar və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin peykdən idarə edilən silahla öldürüldüyünü təsdiqləyib.
Azvision.az xəbər verir ki, bunu SEPAH-ın nümayəndəsi Ramazan Şərif bildirib.

“Fəxrizadənin öldürüməsi üçün sputnikdən idarə edilən müasir elektron silahdan istifadə edilib”, - deyə Şərif bildirib.

Bundan əvvəl “Al-Alam” agentliyi alimin peykdən idarə edilən silahla öldürüldüyünü iddia etmişdi.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal-şərqində yerləşən Absərd şəhərində M. Fəxrizadə qətlə yetirilib.

Azvision.az


Teqlər: İran   Alim  





Xəbər lenti