Volqa-Xəzər gəmiçilik kanalı bağlanıb

Volqa-Xəzər gəmiçilik kanalı bağlanıb
  06 Dekabr 2020    Oxunub:2075
Volqa-Xəzər gəmiçilik kanalında hərəkət müvəqqəti dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar İdarəsinin Həştərxan vilayəti üzrə bölməsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb buğda ilə dolu olan İran gəmisinin kanaldan keçərkən saya oturmasıdır. Hadisə zamanı xəsarət alan olmayıb, gəmiyə zərər dəyməyib.

Gəmidə 12 ekipaj üzvü olub.

Azvision.az


Teqlər: Gəmi  





Xəbər lenti