Ermənistanda əhalinin sayı azalır

   Ermənistanda əhalinin sayı azalır
  06 Dekabr 2020    Oxunub:2182
Cari il yanvarın 1-nə olan məlumata görə, Ermənistanın daimi əhalisinin sayı 2 milyon 959,7 min nəfər təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilib ki, 2019-cu ilin əvvəli ilə müqayisədə ölkə əhalisinin sayı 5,6 min nəfər, yaxud 0,2 faiz azalıb.

Mütəxəssislərin fikrincə, Ermənistan əhalisinin sayı növbəti illərdə daha da azalacaq. Buna səbəb kimi ölkədə yoxsulluğun səviyyəsinin artması və ölkə iqtisadiyyatının çökməsi göstərilir.

Azvision.az


Teqlər: Ermənistan   Əhali  





Xəbər lenti