“Monitorinq Mərkəzi ilə bağlı hazırlıqlar davam edir” - Türkiyə MN

“Monitorinq Mərkəzi ilə bağlı hazırlıqlar davam edir” -  Türkiyə MN
  06 Dekabr 2020    Oxunub:2764
“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması üçün hazırlıqlar davam etdirilir”.
Azvision.az “Anadolu” agentliyinə isitnadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şəbnəm Aktop bildirib.

Onun sözlərinə görə, türkiyəli mütəxəssislər erməni işğalından azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycan Ordusuna kömək edir və təlimlər keçirlər.

“Kədərdə və sevincdə bərabər olduğumuz can qardaşlarımız Azərbaycan xalqının haqlı davasında bütün imkanlarımızla yanındayıq”.

Azvision.az


Teqlər: Azərbaycan   Türkiyə  





Xəbər lenti