“Paşinyan xain damğasını üzərindən atmağa çalışır” - Sabiq nazir

 “Paşinyan xain damğasını üzərindən atmağa çalışır” -  Sabiq nazir
  06 Dekabr 2020    Oxunub:2062
"Nikol xain damğasını üzərindən atmaq üçün özünə bəraət qazandırır. Buna görə də kreslosundan bərk yapışıb".
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyan "Facebook" səhifəsində yazıb.

"Nikol özünü sağa və sola köpüklü hirs qusan xarici ölkə agentlərindən daha az müdafiə edir.(qorxu da qəzəblənməyə səbəb olur). İstəsəniz ona uğursuz, bacarıqsız, bisavad, psix və s. deyin. O, kefini pozmur. Qalmaq şansının olmadığını bilir. İndi məsələləri sırf tarix naminə həll edir.

Paşinyan tarixdə məğlub, uğursuzluq simvolu olaraq qalmağı qəbul edir, ancaq xain olaraq qalmaq istəmir. İndi vəzifəsindən bu problemi həll etmək üçün istifadə edir. Olmayacaq. Heç bir nəticə verməyəcək”, - deyə sabiq nazir vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti