Gürcüstanda bir gündə 4321 nəfər virusa yoluxdu

Gürcüstanda bir gündə 4321 nəfər virusa yoluxdu
  06 Dekabr 2020    Oxunub:1872
Gürcüstanda son sutka ərzində 4321 nəfər koronavirusa yoluxub, 42 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

Ölkə üzrə ümumi yoluxma sayı 162 475-ə çatıb. İndiyədək 133 511 xəstə sağalıb, 1504 nəfər dünyasını dəyişib. Hazırda karantində 1282, stasionar nəzarətdə isə 6897 nəfər saxlanılır.

Qeyd edək ki, son vaxtlar Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti