Rusiya MN-dən itkin düşən erməni hərbçilərlə bağlı açıqlama

Rusiya MN-dən itkin düşən erməni hərbçilərlə bağlı açıqlama
  06 Dekabr 2020    Oxunub:2774
Sülhməramlıların Xankəndindəki idarəetmə mərkəzindən 30 noyabr - 4 dekabr tarixlərində 214 erməni hərbçisinin itkin düşməsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin qaynar xəttinə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mütəxəssislər 186 erməni hərbi qulluqçusu barədə məlumatları yoxladıqdan sonra sülhməramlı idarəetmə mərkəzinin axtarış qruplarına ötürüb.

Məlumata əsasən, 45 nəfərə telefonla psixoloji yardım göstərilib, itkinlərin tapılmasında göstərdikləri yardıma görə 9 təşəkkür məktubu alınıb. Bundan əlavə, idarəetmə mərkəzinə indiyədək 1900-dən çox şəxs itkin düşən qohumlarının axtarışı, əmlakın qaytarılması və başqa məsələlərlə bağlı müraciət edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti