Rusiya FHN Qarabağa yeni qrup göndərdi

  Rusiya FHN Qarabağa yeni qrup göndərdi
  06 Dekabr 2020    Oxunub:2115
Rusiya Dağlıq Qarabağdakı humanitar missiyada iştirak edən qrupların sayını artırır.
Azvision.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi bölgəyə pirotexnika, kinoloq və psixoloqlar göndərib.

Məlumata görə, 6 dekabr tarixində FHN-nin bir İl-76 təyyarəsi əlavə xilasetmə qrupu ilə Moskvadan havaya qalxıb. Səfərə çıxan qrup “Lider” mərkəzinin kinoloqları, pirotexniklər və minaaxtaranlar, siqnalçılar, Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri və psixoloqlardan ibarətdir.

Təyyarədə, həmçinin rusiyalı mütəxəssislərinin fəaliyyəti üçün lazımi avadanlıq və üç sərnişin avtobusu var.

Azvision.az


Teqlər: Rusiya   FHN  





Xəbər lenti