Ukraynaya səfər etməyə hazırlaşanların nəzərinə!

Ukraynaya səfər etməyə hazırlaşanların nəzərinə!
  06 Dekabr 2020    Oxunub:2540
Dekabr ayı ərzində “SkyUp” və “Ukrayna Beynəlxalq Hava Yolları” (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır.
Bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

“SkyUp” aviaşirkətinin Bakı-Kiyev bortu 28 dekabr tarixində saat 22:55-də (Bakı vaxtı ilə) yola çıxacaq. Təyyarə Kiyevə növbəti gün saat 00:40-də (Kiyev vaxtı ilə) çatacaq

Biletləri link üzrə əldə etmək olar.

“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinin Bakı-Kiyev bortu 14 dekabr, 21 dekabr və 28 dekabr tarixlərinə planlaşdırılır. Bakıdan uçuş saat 06:10-da (Bakı vaxtı ilə) baş tutacaq. Təyyarə Kiyevə həmin günü saat 08:00-da (Kiyev vaxtı ilə) çatacaq.

UBHY aviaşirkətinin çarter reyslərindən yararlanmaq üçün qeydiyyat zamanı son 48 saat ərzində verilmiş koronavirus üzrə neqativ test cavabını təqdim etmək lazımdır.

“SkyUp” və UBHY aviaşirkətlərinin reyslərindən Ukrayna vətəndaşları və COVID-19 müalicəsi, observasiya ilə bağlı sığorta xərclərini qarşılayacaq polis (şəhadətnamə, sertifikat) əldə etmiş əcnəbilər yararlana bilər. Bu tələb yalnız Ukraynada daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, qaçqın və əlavə müdafiəyə ehtiyacı olan şəxs kimi tanınmış şəxslərə şamil olunmur.

Azvision.az



Teqlər: Kiyev   Ukrayna  





Xəbər lenti