Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?

Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
  04 Dekabr 2020    Oxunub:3277
Vergi Məcəlləsinin 67.13-cü maddəsinə əsasən, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirildikdə, müvafiq əməliyyatlar elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməlidir.
Azvision.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, barter əməliyyatının elektron vergi hesab-fakturasında göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiyməti nəzərə alınmaqla dəqiqləşdirir.

Verginin məbləği yenidən hesablanır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyalar tətbiq edilir.

Azvision.az


Teqlər: VergiMəcəlləsi  





Xəbər lenti