Sarkisyan ölkəsinə hörmətsizlik etdi - VİDEO

Sarkisyan ölkəsinə hörmətsizlik etdi - VİDEO
  10 Fevral 2014    Oxunub:1104
Serj Sarkisyan Olimpiadanın açılışında erməni idmançılarının keçidi zamanı ayağa qalxmayıb.
İdmançılarını salamlamaq istəməyən Ermənistan prezidenti kameraların gözündən yayınmayıb.

XII Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimi zamanı, Ermənistan idmançıları və olimpiya nümayəndə heyəti stadiona daxil olanda, kameralar Serj Sarkisyanın Belarus prezidenti Aleksandr Lukaşenkonun yanında oturduğunu göstərd. Görüntülərdən bəlli olur ki, Lukaşnko ona “tərpən” deyərək ayağa qalxmaq lazım olduğunu başa salmaq istəsə də Sarkisyan oturduğu yerdən durmaq istəmir.

Qeyd edək ki, mərasimdə iştirak edən digər ölkələrin prezidentləri öz ölkələrinə və bayraqlarına hörmət əlaməti olaraq idmançıları ayaq üstə salamlayıblar.

Xatırladaq ki, Serj Sarkisyan 2012- ci ildə London Olimpiadası zamanı zalda yatmışdı.

S.Həsənova




Teqlər:  





Xəbər lenti