Əmanətçilərə 600 milyon manatdan çox kompensasiya verildi

Əmanətçilərə 600 milyon manatdan çox kompensasiya verildi
  02 Dekabr 2020    Oxunub:2087
Lisenziyaları ləğv edilən "Atabank", "Amrahbank", "NBC Bank" və "AGBank"ın toplam 23 929 əmanətçisinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən son 6 ay ərzində 600 mln. manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilib.
Fonddan Azvision.az -a verilən məlumata görə, belə ki, bu ilin iyun ayının 16-dan dekabr ayının 1-dək agent bank olaraq təyin edilmiş Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBC Bank"ın toplam 8 606 əmanətçisinə 228 mln. manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 84%-i) ödənilib.

Həmçinin, iyun ayının 1-dən dekabrın 1-dək agent bank qismində seçilmiş "Kapital Bank" tərəfindən "Amrahbank" və "Atabank"ın toplam 15 323 əmanətçisinə 372 mln. manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 92%-i) ödənişi həyata keçirilib.

Fonddan bildirilib ki, bağlanan son 4 bank üzrə kompensasiyaların tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşacaq. Hazırda, qalan digər əmanətçilərin kompensasiyaların ödənilməsi seçilmiş agent bankların filiallarında həyata keçirilir.

Azvision.az


Teqlər: Əmanət   Fond  





Xəbər lenti