Paşinyanın istefası ilə bağlı petisiya yaradıldı

Paşinyanın istefası ilə bağlı petisiya yaradıldı
  02 Dekabr 2020    Oxunub:2753
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını dəstəkləyən petisiya change.org saytında yerləşdirilib.
Azvision.az xəbər verir ki, petisiyada Paşinyanın milli maraqlara xəyanət etdiyi, cəmiyyətdə parçalanma yaratdığı üçün vəzifəsini tərk etməli olduğu vurğulanıb.

"Ancaq siz xalqınızın və onun gələcəyinin qarşısında daha dəhşətli bir günah işlədirsiniz. Baş verənlər üçün məsuliyyəti üzərinizə götürüb, vəzifənizi tərk etmək istəmirsiniz. İnsanların şərəf və ləyaqətini alçaltdınız. Adınız indi şərəfsizlik və ləyaqət itkisi ilə bağlıdır. Sən qırılan ümidlərin simvolusan. Artıq lider deyilsən, iflas etmiş bir siyasətçisən", - deyə ermənilərin hazırladığı petisiyada vurğulanıb.

Həmçinin, baş nazirin istefasından sonra xalqın birləşərək öz yollarını tapmasının lazım olduğu qeyd edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: istefa  





Xəbər lenti