Bu gün Suriya sülh danışıqlarının 2-ci turu keçirilir

Bu gün Suriya sülh danışıqlarının 2-ci turu keçirilir
  10 Fevral 2014    Oxunub:1059
Cenevrədə baş tutacaq danışıqlar BMT-nın münaqişə üzrə nümayəndəsi Əxdər əl-İbrahiminin başçılığı ilə keçiriləcək.
Suriya sülh danışıqlarının gündəmində olan əsas müzakirə mövzusu ölkədə müvəqqəti idarəetmə orqanının təşkil edilməsi və terrorla mübarizə məsələləri olacaq.

AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hakimiyyəti təmsil edən müzakirəçilər heyəti artıq dünəndən Cenevrədədirlər. Bu gün baş tutacaq danışıqlar BMT-nın münaqişə üzrə nümayəndəsi Əxdər əl-İbrahiminin başçılığı ilə keçiriləcək. Məlumata əsasən Əl-İbrahimi, əvvəlcə tərəflərlə təkbətək görüşəcək.


Qeyd edək ki, müxalifət tərəfdarları təkidlə ölkədə lazımi icra səlahiyyətlərinə malik olan müvəqqəti idarəetmə orqanın qurulmasını tələb edir. Buna baxmayaraq müxalifətçiər arasında hələ də fikir ayrılıqları mövcuddur. Belə ki, müzakirələrdə iştirak etməli olan “Milli Koordinasiya Şurası” keçiriləcək danışıqlarda müxalifətin koalisiyasına qoşulmayacağını bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti