Rusiya MN: “Laçın Azərbaycana təhvil verilib”

  Rusiya MN:  “Laçın Azərbaycana təhvil verilib”
  01 Dekabr 2020    Oxunub:2782
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq Laçın rayonu dekabrın 1-dən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycana təhvil verilib”.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

O bildirib ki, Laçın qeyd edilən razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi.

Konaşenkov Laçın dəhlizinin 5 kilometr enliyində Rusiya sülhməramlılarının nəzarəti altında olduğunu əlavə edib. Onun sözlərinə görə, bu dəhliz vasitəsilə Ermənistanla Dağlıq Qarabağın əlaqəsi, insanların yaşayış yerlərinə təhlükəsiz qayıdışı və mülki nəqliyyatın hərəkəti təmin olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Laçındəhlizi   Rusiya   MN  





Xəbər lenti