Ermənistan MTX rəhbəri Moskvaya gedir

  01 Dekabr 2020    Oxunub : 1316
Ermənistan MTX rəhbəri Moskvaya gedir
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan Moskvaya səfərə gedir.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun səfər zamanı kimlərlə görüşəcəyi, hansı məsələləri müzakirə edəcəyi məlum deyil.

Xatırladaq ki, Abazyan 8 noyabrda MTX direktoru təyin edilib. O, bu vəzifədə Arqişti Kyarmyanı əvəz edib. Bundan əvvəl Abazyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsini icra edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: səfər