İtalyan senator: Azərbaycan haqlı tərəfdir
“Beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələli şəkildə qaytarılmasını, Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin təmin olunmasını, eləcə də Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini ehtiva edən həll variantı hazırlansa da, təəssüf ki, Ermənistan bundan imtina etdi. Yalnız müharibə nəticəsində Ermənistan münaqişənin həllinə razılıq verməyə məcbur edildi”, - deyə senator qeyd edib.
İtalyan parlamentari vurğulayıb ki, Qafqazdakı son müharibə sülhün olmamasının dramatik nəticəsidir. Əgər Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri dönməsinə mane olmasaydı, müharibə baş verməzdi. “Bu münaqişədə BMT qətnamələri və beynəlxalq hüquq nöqteyi-nəzərdən Azərbaycan haqlı tərəfdir”, - deyə senator bildirib.
Azvision.az
Teqlər: İtaliya