Bu il ən çox idxal əməliyyatları sentyabrda aparılıb

Bu il ən çox idxal əməliyyatları sentyabrda aparılıb
  01 Dekabr 2020    Oxunub:1763
Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları sentyabr ayında aparılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi sentyabrda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, sentyabrda idxal əməliyyatlarının dəyəri 1 milyard 132,5 milyon ABŞ dolları, yanvarda isə 721 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin 10 ayında ölkədə idxalın dəyəri 8 milyard 767,3 milyon dollar olub.

Azvision.az


Teqlər: İdxal   Statistika   Məhsul  





Xəbər lenti