"Bir günahkar var, onun adı Nikol Paşinyandır" - Marukyan
Baş nazir Nikol Paşinyan 11 oktyabrda parlamentin iclasında bildirdi ki, biz uduzuruq, lakin onun qərarı belə oldu: qısa müddətli atəşkəs lazımdır, müharibə sonra davam etməlidir.
“Mən ona dedim ki, Rusiyaya get, Rusiyaya üz tut, qoy tez dayansınlar. Biz ona müharibəni dayandırmasını söylədik”.
Edmon Marukyan müharibə zamanı planın Ali Baş Komandan tərəfindən təqdim olunmalı olduğunu vurğulayıb.
"Dedilər: “bizimlə güc dilində danışmaq olmaz ", "hücum etsələr, məhv ediləcəklər", “hücum edən kimi, müharibəni onların ərazisinə köçürəcəyik. Mən deyirəm: planınız nədir, cənab baş nazir? Qərarlarımın məntiqsiz olduğunu söylədi”.
Müxalifət fraksiyasının rəhbəri bildirib ki, bir günahkar var, onun adı Nikol Vovayeviç Paşinyandır.
Pərvanə Sultanova
Azvision.az