Tokio qubernatoru seçildi

Tokio qubernatoru seçildi
  10 Fevral 2014    Oxunub:1268
“Tokio Olimpiadasını Olimpiya Oyunları tarixində ən yaxşısı etməyə söz verirəm”.
Fevralın 9-da Tokio seçiciləri yeni qubernator seçkilərində iştirak ediblər.

AzVision.az xəbər verir ki, yeni qubernator ötən ilin dekabrında maliyyə qalmaqalına görə istefa vermiş Naoki İnoseni əvəz edəcək.

Kyodo News informasiya agentliyinin proqnozuna əsasən, keçmiş səhiyyə, əmək və sosial təminat naziri Yoiçi Masuzoe qələbəyə doğru inamla irəliləyir.

Hakim Liberal Demokratik Partiyanın dəstəklədiyi 65 yaşlı Y.Masuzoe 2020-ci il Tokio Olimpiadasını Olimpiya Oyunları tarixində ən yaxşısı etməyə söz verib.

Y.Masuzoe, həmçinin vəd edib ki, 2007-2009-cu illərdə səhiyyə, əmək və sosial təminat naziri olarkən əldə etdiyi təcrübədən istifadə edərək Tokionu təbii fəlakətlərin qarşısının alınması, sosial təminat, biznes və təhsil sahəsində dünyanın bir nömrəli şəhərinə çevirəcək.

AzərTAc


Teqlər:  





Xəbər lenti