Rusiyada koronavirusdan ölüm sayı 40 minə çatır

Rusiyada koronavirusdan ölüm sayı 40 minə çatır
  30 Noyabr 2020    Oxunub:2177
Rusiyada son sutka ərzində koronavirusa 26 338 yeni yoluxma qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 295 654 nəfərə çatıb.

Rusiyada son sutkada 368 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 39 895 nəfərdir. İndiyədək 1 778 704 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti