“Paşinyan həyasızcasına yalan danışır” - Müxalifətdən sərt cavab

  “Paşinyan həyasızcasına yalan danışır” -    Müxalifətdən sərt cavab
  30 Noyabr 2020    Oxunub:2162
Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın 19 oktyabrda müharibənin dayandırılması üçün aparılan danışıqlarla bağlı açıqlamasına reaksiya verib.
Azvision.az xəbər verir ki, Şarmazanov Paşinyanı “həyasızcasına yalan danışmaqda” və “torpaqları satmaqda” ittiham edib.

“12 oktyabrda mən Paşinyana təklif etdim ki, Putinə müharibəni dayandırmaq xahişi ilə müraciət etsin. Dedim ki, bu gün atəşkəs üçün təklif edilən şərtlər sabah olmaya bilər, müharibə davam etsə, əlavə ərazilər və insan itkisi olacaq. Ancaq bunu etmədi və xalqa yalan danışmağa başladı ki, guya biz qələbə qazanacağıq”, - Şarmazanov bildirib.

Onun sözlərinə görə, 19-20 oktyabr danışıqlarında Paşinyan Rusiya liderinin təklifindən imtina edib və bu, Putin üçün anlaşılmaz idi: “Amma bu gün həyasızcasına yalandan deyir ki, Putin onun cavabını “məntiqli” adlandırıb”.

Bundan əlavə, Şarmazanov görüşdə Hadrut və Şuşa haqda heç bir müzakirə getmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı danışıqların döyüş əməliyyatları zamanı necə getdiyi barədə günün ikinci bəyanatını verib. O, müharibənin dayandırılması ilə bağlı müxalifəti məlumatlandırdığını bildirib.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti