Koronavirusa yoluxma sayı 564 mindən çox artdı

 Koronavirusa yoluxma sayı 564 mindən çox artdı
  30 Noyabr 2020    Oxunub:1849
Dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı son sutka ərzində 564 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata görə, ötən sutka 564 813 nəfər infeksiyaya yoluxub, 8985 pasiyent dünyasını dəyişib.

Ümumilikdə isə dünya ölkələri üzrə indiyədək 62 884 971 yoluxma halı qeydə alınıb, 1 463 137 nəfər həyatını itirib, 43 433 938 xəstə sağalıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti