Tayson 15 ildən sonra rinqə çıxdı, 20 milyon dollar qazandı - FOTOLAR+VİDEO

Tayson 15 ildən sonra rinqə çıxdı, 20 milyon dollar qazandı -  FOTOLAR+VİDEO
  29 Noyabr 2020    Oxunub:3486
ABŞ-ın əfsanəvi boksçusu Mayk Tayson 15 ildən sonra 54 yaşında yenidən rinqə çıxıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tayson 51 yaşlı Roy Cones ilə üzə-üzə gəlib. Səkkiz raunddan ibarət görüş heç-heçə ilə yekunlaşıb.



Rəqiblərin bir-birilərinə ciddi xəsarət yetirmədən döyüşməyə çalışması diqqət çəkib. Tayson matçdan sonra oyunu daha sonra təkrarlamaq istədiyini bildirib. Roy Cones isə ailəsi ilə məsləhətləşmədən belə bir qərar verməyəcəyini açıqlayıb.



"Çox sıx çalışma proqramı tərtib etdim. Proses həqiqətən çətin idi. 45 kiloqram çəki atdım və bu müddətdə veqan oldum"-, deyə Tayson qeyd edib.

Onun qayını, eyni zamanda maliyyə işləri ilə məşğul olan Azim Spayser əfsanəvi boksçunun döyüşdən 20 milyon dollar qazandığını söyləyib.

"Ona döyüşməyi təklif etdiyim zaman maraqlanmamışdı. Söhbəti uzatmadan bağlamışdı. Ancaq 5 dəqiqə sonra zəng edib: "Nə qədər təklif edirlər?" deyə soruşanda 20 milyon dollar civarında cavab verdim. O da razılaşdı".











Azvision.az


Teqlər: MaykTayson  





Xəbər lenti