Ermənistanda tanınmış ziyalılar xalqı yürüşə çağırdı
Azvision.az xəbər verir ki, onlar Ermənistan hökumətini İkinci Qarabağ müharibəsində əsir və itkin düşən hərbçilərlə maraqlanmamaqda günahlandırıblar.
Adları çəkilən şəxslər Ermənistan vətəndaşlarını saat 12:00-da İrəvandakı Azadlıq meydanına axışmağa və yürüşə çıxmağa çağırıblar: "Əsgərlərimizin və hərbçilərimizin yaxınlarına dəstək olmaq və bütün nüfuzlu beynəlxalq strukturlarda bizi eşitdirmək üçün yürüş başlayacaq. Siyasi üstünlüklərindən asılı olmayaraq, bütün soydaşlarımız, bu məsələnin həllində iştirak etmək istəyən hər kəs bizə qoşulsun".
Qeyd edək ki, yürüş təşkilatçıları itkin düşən və ölənlərin şəkillərinin gətirilməsini də xahiş ediblər.
Azvision.az
Teqlər: Ermənistan yürüş