Əfqanıstandakı partlayışda ölənlərin sayı 34-ə çatıb - YENİLƏNİB

Əfqanıstandakı partlayışda ölənlərin sayı 34-ə çatıb -  YENİLƏNİB
  30 Noyabr 2020    Oxunub:3150
Əfqanıstanın Qəznə şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “Ariana News” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, partlayıcı ilə dolu avtomobil hərbi bazanın yaxınlığında partladılıb.

Bundan əvvəl 20 nəfərin öldüyü bildirilirdi.

***
Əfqanıstanın Qəznə şəhərində partlayış baş verib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər həlak olub, 17 nəfər yaralanıb. Ölən və yaralanan şəxslərin hərbçilər olduğu bildirilir.

Məlumata görə, partlayış Əfqanıstan ordusuna məxsus bazanın yaxınlığında qeydə alınıb. Orada minalı avtomobil partlayıb.

Əfqanıstandakı terrorçu qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Azvision.az



Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti