Ermənistanda COVID-19-dan ölüm sayı 2142-yə çatdı

Ermənistanda COVID-19-dan ölüm sayı 2142-yə çatdı
  29 Noyabr 2020    Oxunub:1782
Ermənistanda son sutka ərzində daha 1174 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 134 768 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 21 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2142-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı 538 nəfərdir.

Hazırda Ermənistanda 24 724 aktiv koronavirus xəstəsi var.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus   Pandemiya  





Xəbər lenti