Azərbaycanın ən çox məhsul aldığı İƏT ölkələri

  29 Noyabr 2020    Oxunub : 1386
Azərbaycanın ən çox məhsul aldığı İƏT ölkələri
Azərbaycanın yanvar-oktyabr aylarında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a bildirilib ki, Türkiyədən idxalın dəyəri 1 milyard 271 milyon 921 min ABŞ dolları, İrandan 239 milyon 493 min, Qazaxıstandan isə 81 milyon 632 min dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan keçən ilin müvafiq dövrünə nisbətən hər üç ölkədən idxalı azaldıb.

Azvision.az

Teqlər: İƏT   Məhsul