Moskvada koronavirus qurbanlarının sayı artdı

Moskvada koronavirus qurbanlarının sayı artdı
  29 Noyabr 2020    Oxunub:1833
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 72 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.

Bununla paytaxtda pandemiya qurbanlarının sayı 8828 nəfərə çatıb. Moskvada indiyədək 592,4 mindən çox yoluxma qeydə alınıb, 441,5 mindən çox pasiyent sağalıb.

Azvision.az


Teqlər: Moskva   Koronavirus   Pandemiya  





Xəbər lenti