Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

  28 Noyabr 2020    Oxunub : 1760
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 95 milyon 513 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 115 milyon 481 min dollar çoxdur.

Bu ilin on ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 274 milyon 160 min dollar olub.

Azvision.az

Teqlər: Gömrük   İxrac