Kralın qızı məhkəmə qarşısına çıxarılır - VIDEO

Kralın qızı məhkəmə qarşısına çıxarılır - VIDEO
  09 Fevral 2014    Oxunub:1495
İspaniyada bu gün tarixə düşəcək. Kral ailəsinin üzvü ilk dəfə məhkəmədə ifadə verəcək. Şahzadə Kristina vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur.

AzVision.az `Al Jazeera` kanalına istinadən xəbər verir ki, Kral Juan Karlos ən kiçik qızı şahzadə Kristina bu gün Mayorka adasının Palma şəhərində güclü təhlükəsizlik tədbirləri şəraitində məhkəmədə ifadə verəcək. Şahzadənin təhlükəsizliyini 200 nəfər qoruyacaq.

Bunün üçün əvvəlcədən bəzi yollar nəqliyyatın hərəkəti üçün başlanacaq. Məhkəmə qapalı keçiriləcək.

Şahzadənin 5.8 milyon avronu öz şirkətlərinin hesabına keçirdiyi iddia olunur. Pulun 600 min avrosu evlərə, xarici səyahətlərə, paltara, futbol biletlərinə, hətta Harry Potter kitablarına xərclənib.




Teqlər:





Xəbər lenti