Naxçıvana dəmir yolunun bərpası ilə bağlı göstəriş verilib

Naxçıvana dəmir yolunun bərpası ilə bağlı göstəriş verilib
  25 Noyabr 2020    Oxunub:3482
Dəmir yolları da bərpa ediləcək. Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilib. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılıb. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaq.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində dəmir yollarının bərpası istiqamətində görüləcək işlərdən danışarkən məlumat verib.

Dövlətimizin başçısı deyib: “Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti