Misirdə iğtişaşlar yenidən başlayıb
Polislə toqquşmalar zamanı 3 nəfər etirazçının öldürüldüyü xəbəri təsdiqlənib. Bundan öncə, polis patrulunun hərəkəti zamanı baş verən partlayışda 6 nəfər polis əməkdaşı xəsarət almışdı.
Misrin baş naziri Hazəm əl-Bablaui bildirib ki, terroristlər misirliləri işıqlı gələcəyə yönəlmiş yoldan döndərə bilməyəcəklər.
Xatırladaq ki, 2012-ci il avqustun 12-də hərbi çeviriliş edərək prezident Məhəmməd Mursini devirən general Əbdül Fəttah əl-Sisi 2014-cü ilin aprelində keçiriləcək prezident seçkilərində yeganə namizəd olacaq.
Vüqar İsmayılov