ABŞ gəmisi Rusiya sərhədini pozdu

 ABŞ gəmisi Rusiya sərhədini pozdu
  24 Noyabr 2020    Oxunub:1644
ABŞ-a məxsus “Con Makkeyn” hərbi gəmisi Rusiyanın dövlət sərhədini pozub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, gəmi Primorski diyarının cənubunda Rusiya sərhədini keçib.

Amerika gəmisi xətdən iki kilometr kənara çıxıb. Bundan sonra Rusiyanın "Admiral Vinoqradov" gəmisi beynəlxalq rabitə kanalında bu cür hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq edib.

"Admiral Vinoqradov" sualtı gəmisi Böyük Pyotr körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinin Rusiya dövlət sərhədini pozmasının qarşısını alıb. Bundan sonra "Con Makkeyn” dərhal neytral sulara daxil olub, Amerika gəmisi Rusiya ərazisinə girmək üçün təkrar cəhd göstərməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Rusiya   Gəmi  





Xəbər lenti