Türklər yunanlarla razılığa gəldilər

Türklər yunanlarla razılığa gəldilər
  08 Fevral 2014    Oxunub:1108
Adanın birləşməsi üçün danışıqlar bərpa olunacaq.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kipr adasının türk və yunan icmaları uzun müddətdir ki, dondurulan danışıqları bərpa etmək barədə razılığa gəliblər.

Danışıqların gələn həftə başlanması gözlənilir. Buna qədər bir neçə ay ərzində iki tərfin iştirakı ilə “yol xəritəsi” planı tərtib olunmuşdu.

Xatırladaq ki, 1974-cü ildə türk qoşunlarının Kiprə yeridilməsi ilə ada iki yerə bölünmüşdü. İki icmanın sərhəddinə BMT qoşunları yerləşdirilib. Son onilliklərdə adanın birləşməsi ilə bağlı bir neçə dəfə danışıqlar aparılsa da, hər dəfə uğursuzluqla nəticələnirdi.

2005-ci ildə birləşmə ilə bağlı keçirilən referendumda kiprli türklər adanın birləşməsinə razılıq versələr də, yunanlar referendum layihəsini rədd etmişdilər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti