Ermənistanda daha bir nazir istefaya göndərilir

Ermənistanda daha bir nazir istefaya göndərilir
  24 Noyabr 2020    Oxunub:1448
Ermənistanda daha bir nazirin vəzifəsindən gedəcəyi barədə məlumat yayılıb.
Azvision.az xəbər verir ki, erməni mətbuatı növbənin ədliyyə nazirinə çatdığını yazıb.

"Hraparak"ın əldə etdiyi məlumata görə, ədliyyə naziri Rüstəm Badasyan kreslosu ilə vidalaşmağa hazırlaşır: "Bu gün onun yerinə potensial üç namizədin adı müzakirə edilir. Onlardan biri keçmiş polis rəisinin müavini Hovanes Köçəryan olub ki, o da təklifi rədd edib".

Bundan əlavə, nəşr yazıb ki, hökumət ədliyyə nazirinin keçmiş müavini, baş nazirin müşaviri Anna Vardapetyan və hazırkı ədliyyə nazirinin müavini Kristine Qriqoryan arasında seçim edir: "Vardapetyan zənglərimizə cavab vermədi, Qriqoryan isə dedi ki, "belə bir şey yoxdur, Lusine Martirosyanla əlaqə saxlamağınızı məsləhət görürəm".

Tural Tağıyev
Azvision.az


Teqlər: Ədliyyənaziri   Ermənistan  





Xəbər lenti