85 obyektdə epidemiya əleyhinə rejim pozuldu

85 obyektdə epidemiya əleyhinə rejim pozuldu
  24 Noyabr 2020    Oxunub:1504
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, noyabrın 20-21-də keçirilən monitorinqlər zamanı Xəzər rayonunda “Dalğa inşaat tikinti malları satışı” mağazasında, Emin Cabbarova məxsus pərakəndə ticarət obyektində, Nəsimi rayonunda “Sabir telefon mağazası”nda, “2 nömrəli mağaza”da, Mənəf Cavadova məxsus pərakəndə ticarət obyektində, Qaradağ rayonunda “Kingsmart super market”də, Rüstəm Dadaşova məxsus ət mağazasında, Səbail rayonunda “Ford ehtiyat hissələri satışı” mağazasında, “Üç alma market”də, Binəqədi rayonunda “Eko market”də, Atif Allahverdiyevə məxsus pərakəndə ticarət obyektində, “Dokta” MMC-yə məxsus “Aptek”də, Samir Seyidova məxsus boya sexində, Nərimanov rayonunda “Al market”də, Nadir Quliyevə, Mahal Bayramova məxsus mağazalarda, Sabunçu rayonunda Maşallah Seyidova məxsus pərakəndə ticarət obyektində, Müjgan Ərəbxanovaya məxsus gözəllik salonunda, Nizami rayonunda Ramin Məmmədova, Vüsalə Vəliyevaya, Ruslan Abdullayevə məxsus mağazalarda, Xətai rayonunda "Oba market"də, “Sərfəli market”də, Məhəmməd Eyvazlıya məxsus ticarət obyektində, Yasamal rayonunda Nigar Camalxanovaya, Natiq İmanova məxsus pərakəndə ticarət obyektlərində, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Suraxanı rayonunda “Araz supermarket Günəşli”də, “Bazarstore”da, Gəncə şəhərində “Damla aptek”də, Nağı Əliyevə, Kərəm Məmmədova, Elşən Əliyevə, Rəna Abbasovaya məxsus mağazalarda, Sumqayıt şəhərində “Elmar market”də, “Aytac inşaat tikinti materialları mağazası”nda, Abşeron rayonunda "Usta inşaat tikunti materialları mağazası”nda, Quba rayonunda Urfan Əmirxanova məxsus pərakəndə ticarət obyektində, Sabirabad rayonunda Nazim Nəzərova məxsus “Təsərrüfat malları mağazası”nda, Validə Nuriyevaya məxsus “Sənaye malları mağazası”nda, Şəki rayonunda Ramil Şöhübova məxsus marketdə, Şəmkir rayonunda Maşallah Həsənova məxsus çörək sexində, Yadigar Məmmədova məxsus mebel salonunda, ümumilikdə 85 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Azvision.az


Teqlər:





Xəbər lenti