"Ermənistan müstəqilliyini itirəcək" - Suren Sarkisyan

   "Ermənistan müstəqilliyini itirəcək" -    Suren Sarkisyan
  23 Noyabr 2020    Oxunub:2131
“Ermənistan Respublikası beynəlxalq hüquq subyekti kimi mövcudluğunu və müstəqilliyini itirəcək”.
Azvision.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan özünün Facebook səhifəsində yazıb. O qeyd edib ki, Ermənistan bu günə kimi az-çox müstəqil idisə də, artıq bu mümkün olmayacaq:

“Tezliklə hazırki hökumətin səhvlərinin ağır nəticələri üzləşməli olacağıq. Ermənistanın xarici siyasət prioriteti təhlükəsizlik faktoru olacaq və bütün hadisələr bunun ətrafında cərəyan edəcək. Daha təhlükəsizliyin qarantı, döyüşə hazır orduya sahib bir dövlət kimi mövqe nümayiş etdirə bilmərik. Artıq Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı deyil. Heç öz təhlükəsizliyini belə təmin etmək iqtidarında deyil”.

Suren Sarkisyan bildirib ki, mövcud hökumətin son "şöbə müdirinə" qədər istefa verməyənədək Ermənistanın bu fəlakətdən qurtulmaq şansı yoxdur.

S. Həsənova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti