"Əminəm ki, bu torpaqlar tərəqqi rəmzinə çevriləcək"- Özbəkistan səfiri

"Əminəm ki, bu torpaqlar tərəqqi rəmzinə çevriləcək"-  Özbəkistan səfiri
  23 Noyabr 2020    Oxunub:1802
Xarici həmkarlarımla Azərbaycanın Füzuli bölgəsini ziyarət etdim.
Azvision.az xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov “Twitter”də yazıb.

Səfir qeyd edib: “Əminəm ki, tezliklə bu torpaqlar nəinki öz görkəmlərini qaytaracaq, hətta barış, firavanlıq və tərəqqi rəmzinə çevriləcəkdir”.

Xatırladaq ki, dünən Azərbaycan XİN ölkəmizdəki diplomatik korpus rəhbərlərinin və nümayəndələrinin işğaldan azad edilmiş Füzuli şəhərinə səfərini təşkil edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan   Səfir  





Xəbər lenti