KOBİA-nın səlahiyyətləri artırılıb

KOBİA-nın səlahiyyətləri artırılıb
  23 Noyabr 2020    Oxunub:2459
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) səlahiyyətləri artırılıb.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanda dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə dəyişiklik edilib. Belə ki, KOBİA normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək hüququna malik olub.


Azvision.az


Teqlər: KOBİA  





Xəbər lenti