Qarabağda atəşkəsə əməl olunur - Rusiya MN

 Qarabağda atəşkəsə əməl olunur -  Rusiya MN
  23 Noyabr 2020    Oxunub:1972
Dağlıq Qarabağda bütün təmas xəttində atəşkəsə əməl olunur.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.

"Dağlıq Qarabağ ərazisində Rusiya sülhməramlı qüvvələri kontingenti tapşırıqları yerinə yetirməyə davam edir. Şimal və cənub zonalarında Rusiya sülhməramlıları tərəfindən atəşkəsə riayət olunmasına nəzarət 23 müşahidə məntəqəsində həyata keçirilir. Atəşkəs bütün təmas xəttində müşahidə olunur".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   MN  





Xəbər lenti